Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2020 12:12
Yeni mövsüm İtaliya A serıyasında yarışacaq sonuncu iştirakçı müəyyənləşib.
Qol.az-ın xəbərinə görə, B seriyasının təkrar pley-off matçından sonra bəlli olub. İlk görüşdə “Spetsiya” əfsanəvi Alessandro Nestanın rəhbərlik etdiyi “Frozinone”yə 1:0 hesabı ilə qalib gəlib. Evdəki təkrar görüşdə “Spetsiya” eyni hesabla (0:1) uduzub.
Amma bu zaman əlavə vaxt keçirilməyib. Yarışın əsasnaməsinə görə, “Spetsiya” B seriyasını üçüncü yerdə tamamladığı üçün (“Frozinone” 8-ci yer) qalib onlar elan edilib və A seriyasında oynamaq hüququ qazanıb.
Qeyd edək ki, B seriyasında 3-8-ci yerləri tutan komandalar A seriyasına yüksəlmək üçün pley-off matçları keçirir.
Xatırladaq ki, daha öncə B seriyasından “Benevento” və “Krotone” yüksək liqaya birbaşa vəsiqə qazanıb.