Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2019 09:27
Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Frankofoniya həftələrinin yekunu olan "Quoi? Où? Quand?" adlı konsert proqramının keçirilməsinə dəstək göstərib.
Bakcell şirkətindən Trend-ə verilən məlumata görə, konsert Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin iştirakı ilə keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Belçika Krallığının Azərbaycandakı səfiri Bert Şufs, “Bakcell” şirkətinin və Fransız Mədəniyyət İnstitutunun nümayəndələri, həmçinin, UFAZ-ın professor-müəllim heyəti və tələbələr iştirak edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir.
Bakcell şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir.
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin