Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Apple məhsulu əvəzinə Apple şirkətinin səhmini alsaydıq nə qədər büdcəmiz olardı?

Apple məhsulu əvəzinə Apple şirkətinin səhmini alsaydıq nə qədər büdcəmiz olardı?

Tarix: 22 Avqust 2020 07:12

Ötən həftə Apple-ın səhmlərinin dəyəri 5% artdı və bazar dəyəri 2 trilyon dollara çatdı. Bu hadisə "Apple" şirkətinin rəhbəri Tim Kuka ilk dəfə milyarder olmaq şansını da verdi. Həmçinin bazar dəyəri 2 trilyon dollara çatan ilk ABŞ şirkəti də Apple oldu.

Dünyada hər il milyonlarla insan Apple məhsullarından alır, istifadə edir. Əgər Apple məhsulunu yox, səhmini alsaydıq hazırda nə qədər büdcəmiz olardı?

Beləliklə, əgər 3 aprel 2010-cu ildə satışa çıxarılan ilk iPad-i almaq əvəzinə 499 dollardan Apple səhmini alsaydınız bu gün 6950 dollara sahib olardınız.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, 29 İyun 2007-ci ildə satışa çıxarılan ilk iPhone-u almaq əvəzinə 499 dollar istifadə edərək Apple səhmi alsaydınız 13.400 dollara sahib olardınız.

Əgər 16 May 2006-cı ildə satışa çıxarılan ilk MacBook-u almaq əvəzinə 1099 dollardan Apple səhmlərini alsaydınız bu gün 49,270 dollara sahib olardınız.

22 yanvar 2005-ci ildə satışa çıxarılan ilk Mac Mini almaq əvəzinə 499 dollardan Apple səhmlərini alsaydınız bu gün 46.000 dollara sahib olardınız.

23 oktyabr 2001-ci ildə satışa çıxarılan ilk iPodu almaq əvəzinə 399 dollar istifadə edərək Apple səhmlərini alsaydınız 136.200 dollara sahib olardınız.

15 avqust 1998-ci ildə satışa çıxarılan ilk iMac-ı almaq əvəzinə bu 1299 dollardan Apple səhmlərini alsaydınız  bu gün 416.000 dollara sahib olacaqsınız.

Əgər 24 yanvar 1984-cü ildə satışa çıxarılan ilk Macintosh-u almaq əvəzinə 2495 dollardan Apple səhmlərini alsaydınız bu gün 2.243.600 dollara sahib olardınız.


Etiketlər:  Apple məhsulu əvəzinə Apple şirkətinin səhmini alsaydıq qədər büdcəmiz olardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ