Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YAP Siyavuş Novruzova töhmət verdi

YAP Siyavuş Novruzova töhmət verdi

Tarix: 22 Avqust 2020 13:09

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

Partiyadan Sonxeber.net-a verilən məlumata görə, COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilmişdir.

Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.


Etiketlər:  Siyavuş Novruzova töhmət verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ