Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Robben yenidən oyunda – Futbola qayıtdıqdan sonra ilk dəfə

Robben yenidən oyunda – Futbola qayıtdıqdan sonra ilk dəfə

Tarix: 23 Avqust 2020 14:42

“Qroningen”in (Niderland) yetirməsi olan Aryen Robben bu komandaya qayıtdıqdan sonra ilk dəfə oyuna çıxıb.

Qol.az-ın xəbərinə görə, o, “Almere Siti” ilə yoxlama matçında kapitan kimi iştirak edib. 30-cu dəqiqədə 36 yaşlı futbolçunu Ramon Paskal Lyündkvist əvəzləyib və sonra komandasının yeganə qolunu vurub. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Robben 1999-2002-ci illərdə də hazırkı komandasında oynayıb. 2019-cu ilin yayında o, karyerasını başa vurduğunu elan edib. Bu yay isə o, yenidən böyük futbola qayıtdığını açıqlayıb.

 


Etiketlər:  Robben yenidən oyunda Futbola qayıtdıqdan sonra ilk dəfə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ