Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

UBER-ə hansı xidməti daha çox qazandırdı?: Taksi, yoxsa yemək çatdırılması?

UBER-ə hansı xidməti daha çox qazandırdı?: Taksi, yoxsa yemək çatdırılması?

Tarix: 23 Avqust 2020 20:40

Pandemiya onlayn yemək çatdırılmasına tələbi artırdı.

2020-ci ilin ikinci rübündə UBER-in taksi xidmətindən gəlirləri 67% azaldı, lakin yemək sifarişi 2 dəfədən çox artdı (+103%).

Sonxeber.net facemark.az-a istinadən bildirir ki, taksi xidməti gəlirləri $790 milyon olduğu halda, yemək çatdırılma xidmətinin gəlirləri $1,2 milyardı aşdı.

Əvvəl isə çatdırılma xidmətinin gəlirləri 4 dəfə az idi. Yük daşıma xidməti UBER Freightın gəlirləri 27% artaraq $211 milyona çatdı.

UBER Eats ilə verilən sifarişlər isə $7 milyarda çatıb, bu ötən ilin eyni dövrün göstəricilərinə görə $3,6 milyard çoxdur.

Eyni zamanda, UBER Technologies-in zərəri $5,2 milyarddan $1,8 milyarda düşüb.

Son ildə UBER Eats Avstriya, Çexiya, Misir, Ukrayna, Honduras, Hindistan, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Peru, Rumıniya, BƏƏ və Uruqvay kimi ölkələrdən çıxıb (ölkələrin bazarlarını tərk edib).

Bildirək ki, Rusiyada isə bu xidmət cəmi 1 il işlədi və Yandex-lə bağlanan müqavilədən sonra bağlandı.


Etiketlər:  UBER hansı xidməti daha çox qazandırdı Taksi yoxsa yemək çatdırılması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ