Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2020 22:16
Avstraliyada səlahiyyətli şəxslər martda "Ruby Princess" kruiz gəmisindən sərnişinlərin gəmidən yoxlanılmadan düşürülməsinə görə üzr istəyiblər.
"Sonxeber.net seanews.az-a istinadən bildirir ki, sözügedən gəminin iyun ayına qədər Avstraliyada ən böyük koronavirus ocağı olduğu bildirilir.
Qeyd edək ki, martda gəmidəki 2650 sərnişin koronavirusun dünyada yayıldığı günlərdə hər hansı yoxlama aparılmadan düşürülmüşdü. Sonradan məlum olmuşdu ki, həmin sərnişinlərdən 900-ü virusa yoluxub. Gəmidə səyahət edən 28 nəfər isə həyatını itirmişdi.