Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ADU-nun Konfutsi İnstitutu ''Çin yelpiyinin incəsənəti'' adlı onlayn tədbir keçirib - FOTO

ADU-nun Konfutsi İnstitutu ''Çin yelpiyinin incəsənəti'' adlı onlayn tədbir keçirib - FOTO

Tarix: 24 Avqust 2020 20:46

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Çin yelpiyinin incəsənəti" adlı onlayn tədbir keçirib.

Universitetdən Sonxeber.net-a verilən məlumata görə, Tədbiri giriş sözü ilə açan ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ayrı-ayrı Çin sülalələrinin idarə etdiyi dövrlərdə yelpiklərin yaranması və istifadəsi tarixindən, Çin haqqında yelpiyin vətəni kimi əfsanələrdən danışıb.

Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Tsixua iştirakçıları bambuk plastinkalardan hazırlanmış dairəvi yelpiklərin bədii xüsusiyyətləri və tərtibatının üsulları ilə tanış edib. ADU Konfutsi İnstitutunun müəllimləri Li Çanyun və Çen Syaochen Çin gimnastikasının elementlərini yelpiklərdən istifadə etməklə nümayiş etdirib, qədim Çin şerlərini oxuyublar. ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri forması, ölçüsü, rəngi, xəttatlıq yazısı və dərin fəlsəfi məna daşıyan rəsmləri ilə seçilən Çin yelpiklərinin forma və üslublarından danışıblar. Onlayn tədbirin iştirakçıları həmçinin öz əlləriylə divarda yelpiklərin hazırlanma üsulu ilə tanış ola biliblər.

Sonda Çin yelpiklərinin unikal tətbiqi sənət məmulatları və yelpiklərlə ənənəvi Çin rəqsləri kimi filmləri nümayiş etdirilib.


Etiketlər:  Konfutsi İnstitutu Çin yelpiyinin incəsənəti adlı onlayn tədbir keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ