Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 08:24
Bu ilin əvvəlində Google şirkəti Google Play-dən AnTuTu bençmark tətbiqini silmişdi. Lakin onun Google Play-ə geri qaytarılmasından sonra istifadəçilər tətbiqin quraşdırılması üzrə problemlər yaşamağa başladılar. Bu cür vəziyyətdən istifadə etmiş kənar tərtibatçılar məşhur mobil bençmark tətbiqinin saxta versiyalarını Google Play-ə yükləməyə başladılar. Bu barədə Androidpolice saytı xəbər verib.
Hal hazırda Google Play-də "antutu" sorğusuna orijinal AnTuTu-nun loqosunu oğurlamış bir çox saxta tətbiq ortaya çıxır. Bəzi hallarda bu cür saxta tətbiqlərin müəllifləri hətta orijinal tətbiqin adını da götürürlər. Lakin belə olduğu halda onlar orijinal adda çox kiçik dəyişiklik edirlər. Belə tətbiqlərin funksionallıqları da şübhəlidir. Onlar vasitəsilə aparılmış test nəticələri istənilən halda rəsmi reytinqə daxil olmurlar. Google şirkəti bu məsələ ilə bağlı hələki heç bir fikir bildirməyib. Çox güman ki, Google Play administrasiyası hələ bu saxta tətbiqlərin yoxlanışlarını reallaşdırmayıb.