Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 08:56
Keyloggerin varlığını kompüterin ələ keçirilməsi hesab etmək olar. Və bu istifadəçi üçün çox pis xəbərdir.
Klaviatura "casusu"nu və ya keyloggeri müəyyən edə bilmək üçün ya komputerdə antivirus proqramları ilə axtarış aparmaq, ya da daxili analizator sistemindən istifadə edərk tapmaq olar.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə "Cet İnfosistemləri" şirkətinin rəhbəri Aleksey Malnev danışıb. Onun sözlərinə görə, belə casusun varlığı istifadəçi üçün pis işarədir.
Keyloggerin varlığını kompüterin ələ keçirilməsi hesab etmək olar. Və bu istifadəçi üçün çox pis xəbərdir.
Fakt budur ki, müasir zərərli proqram təchizatı adətən keyloggerdən istifadə edir.
"Klaviaturaya daxil olan məlumatların məxfiliyinin pozulması ilə yanaşı kompüterinizdə bir sıra digər potensial problemləriniz də var: hard diskinizdəki məxfi sənədlərin oğurlanması, hesab məlumatlarının ələ keçirilməsi, gizli səs və video yazısı (mikrofon və video kamera ilə), məlumatların məhv edilməsi (zərərli Ransomware şifrələmə modulu varsa), haker tərəfindən kompüterinizə məsafədən tam giriş" - deyə Malnev qeyd edib.