Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 18:20
Çox qadınlardan cəsarətliyəm. Qadınlar cəsarətli deyillər. Karantin günündə kimi itirsən, hamısını əməliyyat otaqlarında tapardın. Getdilər narkoz alıb, ora-buralarını kəsdirdilər. Botoks edib, üzlərini dəyişdirdilər. Elə bildilər 2 aya karantin bitəcək, indi də kökəlmə gəlib üstünə. Cəsarətli onlardır, yoxsa mən? Bir müğənni var ki, 30-50 dəfə əməliyyat etdirib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Gündən-günə" proqramında deyib. Sənətçi həmkarlarının karantin günündə plastik əməliyyat etdirməsindən bəhs edib.
Seyidcahan fərqli obrazlarına görə ona lağ edənlərə isə belə cavab verib:
"Elza sənətdə hər şeyi etdi, bircə çılpaqlıqdan başqa. Ən böyük iyrənclik çılpaqlıqdır. Hər zaman deyilir ki, qadınlar, əzalarınızı gizlədin. Hər yerlərini açırlar. Mən onları təhqir edirəm. Burada tək müğənniləri yox, xanımları təhqir edirəm. Baxırlar mənə, deyirlər, buna bax ey. Obrazlarımı lağa qoyurlar. Özlərinə baxırsan baş, qaş, dırnaq qaynaq, qarın, sinə, dodaq, ayaq botoksdur. Məni gülüş mənbəyinə çevirir. Ağlamalı vəziyyətdəsiniz".