Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çay ürək və qaraciyər üçün ziyanlı ola bilər

Çay ürək və qaraciyər üçün ziyanlı ola bilər

Tarix: 25 Avqust 2020 20:42

Təzə dəmlənmiş çay 15 dəqiqə ərzində içkidə meydana gələn zərərli maddələr səbəbindən əsl zəhərə çevrilir. Bu nəticəyə Çin tədqiqatçıları gəlib.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, həkim dietoloq Elena Solomatina bu təsiri, çay üzərində yaranmış qat örtüyünü, çayın tərkibində olan efir yağlarının olması ilə izah edir. Qat örtüyünün tərkibində olan üzvi birləşmələr hava ilə təmasda olduqda oksidləşir. Bu reaksiya patogen mikrofloranın meydana gəlməsinə kömək edir. İçkinin içərisində şəkərin olması çayda mənfi prosesləri sürətləndirir. Həkimin sözlərinə görə, nəticədə belə çay insan orqanizminə zərərli təsir göstərir. Dəmlənmiş çayın 15 dəqiqə keçdikdən sonra içilməsi allergiyaya və bağırsaq problemlərinə səbəb ola bilər. Qan dövranı vasitəsi ilə orqanizmə yayılan toksinlər qaraciyərə və ürəyə ziyan vurur. Mütəxəssis qeyd edilən çayın, insana uzun müddətli zərərli təsirə malik olduğunu qeyd edir.


Etiketlər:  Çay ürək qaraciyər üçün ziyanlı bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ