Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 12:00
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 25-də 46,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 46,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,12 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 44,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 45,99 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel çoxdur.