Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Probasiya Xidmətinin təqdimatı ilə 75 məhkum cəzadan azad edilib

Probasiya Xidmətinin təqdimatı ilə 75 məhkum cəzadan azad edilib

Tarix: 26 Avqust 2020 12:36

Bakı. Samir Əli - Trend:

Cəza siyasətinin humanistləşdirilməsi, Cinayət Məcəlləsinə edilən çoxsaylı dəyişikliklər nəticəsində bu istiqamətdə ciddi tədbirlər həyata keçirilib. Trend-in məlumatına görə, bunun Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəis müavini Musa Hümbətov bildirib. Onun sözlərinə görə, bununla bağlı ölkə başçısının 22 may 2020-ci il tarixli Fərmanında verilmiş tapşırıqların icrası məqsədilə Ədliyyə Naziri tərəfindən əhatəli əmr imzalanıb və burada konkret tədbirlər müəyyənləşdirilib: "Həmin əmrin icrası ilə bağlı müvafiq Qanunun düzgün və mütəşəkkil təşkili, zəruri metodiki köməkliyin göstərilməsi məqsədilə Probasiya Xidmətində İşçi Qrup yaradılıb, yerlərə göstərişlər ünvanlanıb: “Qısa müddətdə Qanunun təsiri altına düşən şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi məqsədilə yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumların şəxsi işlərinin, barələrində qəbul edilmiş hökmlər diqqətlə öyrənilib. Hazırda cəza çəkən şəxslərin vəziyyəti yeni qanunla hər hansı şəkildə yaxşılaşdırılsa, həmin məsələlərə baxılması məqsədilə məhkəmələrə təqdimatlar verilməsinə başlanıb. Bu il avqustun 1-nə olan məlumata görə, yerli probasiya qurumları tərəfindən məhkəmələrə 230-dan çox təqdimat verilib, onlardan 84-ə baxılıb, 75 məhkum cəza çəkməkdən azad edilib”.


Etiketlər:  Probasiya Xidmətinin təqdimatı ilə məhkum cəzadan azad edilib


RƏYLƏR