Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' azarkeşləri Messiyə görə aksiya keçirdilər - VİDEO

''Barselona'' azarkeşləri Messiyə görə aksiya keçirdilər - VİDEO

Tarix: 26 Avqust 2020 12:48

"Barselona"nın azarkeşləri ötən gecə klubun ofisi qarşısında etiraz aksiyası keçiriblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, kapitan Lionel Messinin komandanı tərk etmək qərarına gəlməsindən narazı olan fanatlar klub prezidenti Xosep Bartomeunun istefasını tələb ediblər. Onlar klub rəhbərinin Messi ilə danışıq aparıb, onu komandada saxlamalı olduğunu bildiriblər.

Xatırladaq ki, argentinalı hücumçu komandanın yeni baş məşqçisi Ronald Kumanla görüşündən sonra komandadan ayrılmaq qərarına gəlib. Niderlandlı mütəxəssisin təklif etdiyi layihə onu razı salmayıb. Messi 33 yaşında olduğundan, titul qazanmaq üçün gözləməyə vaxtının olmadığını bildirib.

Milli.Az


Etiketlər:  Barselona azarkeşləri Messiyə görə aksiya keçirdilər VİDEO


RƏYLƏR