Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 13:09
Bakı. Samir Əli - Trend:
Ədliyyə Nazirliyi inzibati binasındakı yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb.
Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlmişdir.
Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməmişdir. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmamışdır.