Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Instagram'dan WhatsApp-a yeni alış-veriş xüsusiyyəti

Instagram'dan WhatsApp-a yeni alış-veriş xüsusiyyəti

Tarix: 27 Avqust 2020 07:32

Markalar artıq yalnız Instagram-da ünsiyyət qurmayacaqlar, həm də birbaşa satışları apara biləcəklər. Instagram markalar üçün artıq vitrin yox  bir mağazadır.

Markalarla Instagram üzərindən olan əlaqə 68% kimi təəccübləndirici bir faizdir. Digər sosial şəbəkələrdə bu faiz ortalama 32%-dir. TrackMaven araşdırması da, bunu təstiqləyir. Instagram'da paylaşılan bir post digər platformalara görə 8 qat daha çox insana çatır.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, istehlakçılar, Instagram'ı bu qədər aktiv istifadə etdikdə markaların da Instagram'da bu qədər aktiv olması təəccübləndirici deyil. Markalar Instagram'da yalnız əlaqə deyil həm də satışa yönələn çalışmalar da görür.  

Instagram alqoritmasının inkişaf və dəyişimini izləyirsinizsə hər keçən gün sizə daha maraqlı gələn mövzuları təqdim etdiyinin fərqinə varmısınızdır. Nə tip şəkillər bəyəndiyinizi analiz edərək sizə bəyənə biləcəyəniz daha çox mövzu təqdim edir və sizi bu platformada daha çox tutmağa çalışır. Bu hal isə markalar üçün əlverişlidir.

Instagram, sizin reklamlara klikləməniz, reklamı nə qədər müddət incələməyiniz və hansı markaları izləməyinizi analiz edir. Bu məlumatlara əsasən sizə uyğun məhsul və ya xidmətin reklamını tez-tez göstərir. Hətta Instagram sizin məlumatlarınızdan yola çıxaraq mərhələli şəkildə müəyyən məhsulu sizə sevdirə bilir. Bunlar çox sadə görünə bilər amma Instagram'ın alqoritmasının əsas məqsədi budur sizi hər hansı markaya bağlı saxlamaq və satış etmək.

Instagram sizi yaxşı bir istehlakçı olaraq tanıdıqdan sonra sevdiyiniz məhsullara bənzər başqa markaları da sizə təqdim edir. Siz fərqinə varmasanız belə zaman içində markadan bağımsız halda alış-verişinizi bəyəndiyiniz tərzdə edirsiniz. Düşünün adını belə eşitmədiyiniz bir çox məhsulu artıq tanıyırsınız. Bəli, Instagram beyninizdəki marka anlayışını qaldıraraq daha çox alış-veriş etməyinizə səbəb olur.

Markalar artıq Instagram üzərindən ilistehlakçılara çatmaq üçün Instagrama minlərcə, on minlərlə dollar ödəyir. Markalar özünü istelakçılara göstərməklə də, artıq dəmək olar ki, iş tamamlanır çünki Instagram artıq satışı Instagram üzərindən təşkil etmək istəyir. Facebook lazımı addımları atıb Instagram Shop-u yaratdı.

Instagram-a onlayn alış-veriş saytını uyğunlaşdırıb bütün prosesləri burda tamamlamaq bir çox ölkə və markalar üçün aktivdir. Bunu daha da, sürətləndirmək üçün isə başqa bir yol tapdılar. Instagramda gör Whatsapp-da al!

Bir çox marka və istehlakçı üçün Whatsapp üzərindən alış-veriş etmək o qədər normal hal aldi ki, artıq Whatsapp bütün onlayn alış-veriş şirkətləri üçün bir check-out platforması halına gəlib. İstehlakçılar alışdığı ortamdan kənara çıxmaq istəmir və buna ən yaxşı həll isə Whatsapp oldu. Hal belə olduqda isə markalar Instagramdan tutduğu müştərini öz saytına yönləndirməkdənsə Whatsapp-a yönləndirir.

Facebook çox ağıllı bir addımla Instagram Shop-u təqdim edərək, onlayn alış-veriş dünyasına böyük bir giriş etdi. Amma unutmamaq lazımdır ki, Whatsapp üzərindən bitən alış-veriş tamamən istifadəçilərin hərəkətlərinə uyğun olaraq yaradıldı.


Etiketlər:  Instagramdan WhatsApp yeni alış veriş xüsusiyyəti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ