Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

3 aya 1 Milyon istifadəçi qazanan INSTAGRAM - Uğurun sirri nədə idi?

3 aya 1 Milyon istifadəçi qazanan INSTAGRAM - Uğurun sirri nədə idi?

Tarix: 27 Avqust 2020 08:56

Instagram yarandığından sadəcə 3 ay sonra 1 milyon istifadəçi sayına çata bilmişdi. Hal-hazırda isə platformada aylıq 1 milyarddan çox aktiv istifadəçi var.  

Sonxeber.net techland.az-a istinadən bildirir ki, bəs 3 aylıq startap bu nəticəyə necə çatdı?

1. Instagram yalnız bir yerə fokuslandı - Platforma şəkillə bağlı bir neçə funksiyaya sahib olmaq əvəzinə özünü sadəcə şəkilləri paylaşmaq üçün ən yaxşı məkan kimi sərgiləyirdi.

2. Digər platformaların influenserləri tətbiqi öz izləyiciləri ilə bölüşmüşdülər-Məsələn, Twitter'in həmtəsisçisi bu barədə milyonlarla izləyicisinə tvit yazdı və bu da yeni istifadəçilərin tətbiqi yoxlamağına səbəb oldu.

3. Startap yalnız iOS cihazlarına fokuslanmışdı - Təqribən 2 il ərzində yalnız iOS cihazları (iPhone, iPad və s.) üçün əlçatan olan Instagram həmin illər ərzində 30 milyona yaxın istifadəçiyə sahib idi. 2 il sonra Android cihazları üçün yayımlanan platforma günlük 1 milyon yeni istifadəçi qazanırdı.

4. Şəkilləri digər sosial medialarda da paylaşmaq olurdu - Bu addım Instagram istifadəçilərinin digər sosial şəbəkələrini təsir altına alırdı və digər platformaların istifadəçiləri bu cür gözəl fotoşəkillər çəkməyə imkan verən tətbiqetmə haqqında öyrənirdilər.

Instagram 2012-ci ildə milyonlarla istifadəçisi ilə birlikdə 1 milyard dollara Facebook tərəfindən satın alınmışdı.

Bəs siz Instagram'ı hansı özəlliyinə görə sevirsiniz?


Etiketlər:  Milyon istifadəçi qazanan INSTAGRAM Uğurun sirri nədə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ