Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?”

“Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?”

Tarix: 27 Avqust 2020 19:30

"Mənim üçün toylara icazə verilib-verilməməsinin heç bir fərqi yoxdur. Elə  bilirlər ki, toy təkcə müğənninin qazanc yeridir. Burada, ümumiyyətlə, müğənnidən söhbət getmir, toylar olmasa uşaqlar dünyaya gəlməyəcək, nəsil artmayacaq. Evlənən yoxdursa, uşağı dünyaya kim gətirəcək?"

Sonxeber.net bildirir ki, bunu yenisabah-a Nadir Qafarzadə deyib.

O qeyd edib ki, bir ölkədə toy, konsert, şənlik yoxdursa, deməli, o ölkədə qara günlərdir:

"Bu gün açıq havada restoranlar da açılıb və həmin yerlərdə 100 nəfər onsuz da oturur, onların arasında bir bəy, gəlin otursa, guya nə olacaq ki? Onsuz da 100 nəfər birlikdə oturur, toyda da heç kim bir-birinin qucağında oturmur ki, hamı müəyyən məsafəni saxlayır.

Açıq havada saat 10-a qədər restoranlar işləyir, icazə versələr, camaat da toyunu 5-də başlayıb, 10 a kimi tamamlasın. Belə çıxır ki, açıq havada restoranlarda əylənmək olar, amma bəy-gəlin olmaz? Bu, hansı məntiqə uyur?!"

"Mənim azdan-çoxdan bir parça çörəyim var, oğurluq etmirəm, heç kimə əl açmıram. Hərdən deyirlər ki, filankəs işləmir, iş var ki, işləsin? Müğənni olaraq yox, düşünürəm ki, artıq yetər, bir az qapıları insanların üzünə açmaq lazımdır, qoy işləsinlər, başları qarışsın.

Nə vaxta qədər sosial şəbəkələrdə vaxt keçirəcəklər? Mən baxıram qızların, gəlinlərin, cavan oğlanların gic-gic görüntüləri qarşıma çıxır, biri lütlənir, biri orasını-burasını açıb göstərir, cavan-cavan oğlanlar ağıla gəlməyən hərəkətlər edirlər. Bunun sonu biabırçılığa aparır", - deyə müğənni qeyd edib.


Etiketlər:  Evlənən yoxdursa uşağı dünyaya gətirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ