Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Keşlə'' ''Laçi''yə qarşı - YENİLƏNİR

''Keşlə'' ''Laçi''yə qarşı - YENİLƏNİR

Tarix: 27 Avqust 2020 20:14

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Təmsilçilərimizdən "Keşlə" də ilk oyununa çıxacaq. Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edəcək.

Bu, rəqiblərin Avroliqada ikinci duelidir. 2015-2016 mövsümündə - Bakı təmsilçisi "İnter" adlandırılan zamanı rəqibini mübarizədən kənarlaşdırıb. Avroliqada 1-ci təsnifat mərhələsinin Albaniyadakı oyununda 1:1 bərabərliyə qalan komandalar Bakıda qolsuz heç-heçə edib və "İnter" səfər qolu sayəsində mərhələ adlayıb.

27 avqust

Avropa Liqası

1-ci təsnifat mərhələsi


21:00. "Keşlə" (Azərbaycan) - "Laçi" (Albaniya)
Hakimlər:
 Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı. "ASK Arena"

"Keşlə": 1. Stanislav Namaşko, 4. Şəhriyar Əliyev, 21. Miyuşko Boyoviç, 2. İlkin Qırtımov (k), 19. Azər Salahlı, 23. Artur de Souza Batista, 42. Aleksandr Kristovao, 25. Con Kamara, 48. Dmitro Klots, 7. Rəhman Hacıyev, 17. Vüsal İsgəndərli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 8. Tural Axundov, 10. Cavid İmamverdiyev, 11. Silvio Rodriges, 14. Turan Vəlizadə, 18. Ruslan Əmircanov
Baş məşqçi: Yunis Hüseynov

"Laçi": 31. Alen Şerri, 66. Adolf Selmani, 55. Aleksandar İqnyatoviç (k), 22. Albion Marku, 11. Rudolf Turkay, 8. Lukas Ramos De Oliveyra, 10. Reci Luşkya, 21. Ardit Deliu, 95. Teko, 7. Redon Cica, 9. Kirian Nvabueze

Ehtiyat oyumçular: 1. Edmir Sali, 13. Renato Malota, 14. Mentor Mazrekay, 18. Dorian Korçiku, 23. Donald Rapo, 24. Endrit Marku, 77. Kleydi Rapo


Etiketlər:  Keşlə Laçiyə qarşı YENİLƏNİR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ