Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 21:00
Bakıda ötən ay ərzində kommersiya obyektlərinin qiymətində bahalaşma qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun dediyinə görə, iyul ayı ərzində kommersiya obyektlərinin satış bazarında 1 kvadrat metrin qiyməti 2803 manatdan 3063 manata qədər bahalaşıb və artım 9.28 faiz təşkil edib. Əsas artım xidmət sahələrində, ofis sahələrində baş verib.
Ekspertin sözlərinə görə, obyektlərin icarə qiyməti isə ucuzlaşıb. Bir obyektin orta kirayə qiyməti 3273 manatdan 3097 manata qədər azalıb və azalma 5.38 faiz təşkil edib.
Ümumi daşınmaz əmlak bazarında 2.87 faiz azalma qeydə alınıb.