Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan idmançıları bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan idmançıları bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcəklər

Tarix: 27 Avqust 2020 21:24

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan milli komandası Kiyevdə (Ukrayna) keçiriləcək 36-cı bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək.

Bu barədə Trend "European Gymnastics" saytına istinadən bildirib.

İlkin müraciətə əsasən ölkəmizi 13 idmançı təmsil edəcəkdir. Səkkiz gimnast Azərbaycanı böyüklər yaş qrupunda, beş idmançı isə "yeniyetmələr" kateqoriyasında çıxış edəcəkdir.

Qeyd edək ki, Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabr 2020-ci il tarixlərində keçirilməsi planlaşdırılır. Müsabiqənin keçirilməsi ilə bağlı yekun qərarı sentyabrın 28-də vermək nəzərdə tutulur .

Bu günə qədər 39 ölkənin nümayəndəsi iştirak üçün müraciət edib.


Etiketlər:  Azərbaycan idmançıları bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ