Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı zabitlər Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər (FOTO)

Azərbaycanlı zabitlər Rusiyada hərbi akademiyanı qızıl medal və qırmızı diplomla bitiriblər (FOTO)

Tarix: 26 Iyun 2019 14:27

Bakı. Trend:

Sankt-Peterburq şəhərində Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Mixaylovsk hərbi artilleriya akademiyası” dinləyicilərinin növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ildə bu ali hərbi təhsil müəssisəsini Azərbaycan Ordusunun 3 zabiti bitirib. Polkovnik-leytenant Avnil Avnilov hərbi akademiyanı fərqlənmə ilə bitirərək qızıl medal alıb. Digər zabitlərimiz mayor Şamxal Səlimov və mayor Ramil İbrahimov isə akademiyanı qırmızı diplomla başa vurublar.

Dövlət imtahan komissiyasının qərarı ilə Azərbaycan Ordusunun hərbi qulluqçularına “magistr” dərəcəsi verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanlı zabitlər Rusiyada hərbi akademiyanı qızıl medal qırmızı diplomla bitiriblər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ