Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2020 14:12
Bu gün dünyada yaşayan soydaşlarımızların uğurları, xoş xəbərləri insanda sevinc hissi yaşadır. Onların siyasi-ictimai və mədəni sahələrdə nailiyyətləri xalqımızın adını uca edir. Artıq sevindirici hal odur ki, dünyanın müxtəlif sahələrində çalışan soydaşlarımızın uğurları artır. Belə soydaşlarımızın biri də Asif İbrahimovdur.
Sonxeber.net xəbər verir ki, Asif İbrahimov Latviyanın paytaxtı Riqa meriyasına avqustun 29-da keçiriləcək seçkilərdə azərbaycanlı da namizəd kimi iştirak edir. Əslən Borçalıdan olan Asif İbrahimov Sosial-Demokrat Partiyasından namizədliyini verib. Asif İbrahimov gənc olmasına baxmayaraq, Latviyanın siyasi dairələrində yetərincə hörmət, nüfuz qazanıb. Onun namizədliyinin üzvü olduğu partiya tərəfindən irəli sürülməsi bundan xəbər verir.
Asif İbrahimov Latviyada Azərbaycanla bağlı tədbirlərdə də fəallığı ilə seçilir. Azərbaycanın diaspor quruculuğu prosesinə töhfə verməyə çalışır. İki ölkə arasında əlaqələrin möhkəmlənməsi və inkişaf etməsi üçün təşəbbüslərlə çıxış edir.
Asif İbrahimovun həyat və fəaliyyətini Azərbaycan oxuculara yaxından tanıdaq: Asif İbrahimov 15 oktyabr 1989-cu ildə Gürcüstanın Bolnisi şəhərində anadan olub. Ailəsi 1991-ci ildə Sumqayıta köçüblər. 1996-cı ildə Latviyanın paytaxtı Riqaya gediblər. Bu günə qədər orada yaşayır. Riqanın 33 saylı orta məktəbini, habelə biznes menecmenti dərəcəsi olan bir biznes kollecini bitirib. Biznes, iqtisadiyyat, mühasibatlıq sahəsində bir çox müxtəlif kurs və seminarlarda iştirak edib. İdmanla məşğul olur. Qaydasız döyüş növü və futbolla məşğul olub. Siyasi bağlılığı sosial-demokratlarla bağlıdır. Sosial-demokratlar ölkədə ən böyük partiya hesab edilir. Partiya 2009-cu ildən 2019-cu ilədək Riqa meriyasını idarə edib. Asif İbrahimov 2018-ci ilin oktyabrında o, Latviya Parlamentinə (Seim) deputatlığa namizəd olub. İlk dəfə yaxşı nəticə göstərdib. Ancaq qələbə üçün kifayət sayılmayıb.
Asif İbrahimov xeyirxah layihələrə imza atır. Təqaüdçü və əlillərə, kimsəsiz uşaq evlərinə dəstək olur. Latviyada təşkil edilən xeyriyyət fəaliyyətinə öz töhfəsini verməyə çalışır. Bunu özü insanlıqla bağlıyır. "Çalışmalıyıq ki, öz insanlığımızı göstərək. İmkanlarımız daxilində də bölüşməyi və paylaşmağı bacarmalıyıq. Həm də mən azərbaycanlıyam. Xalqımızın adını uca tutmalıyıq".