Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lion'' darmadağınla, Depay het-triklə başladı

Lion'' darmadağınla, Depay het-triklə başladı

Tarix: 29 Avqust 2020 08:44

Fransa Liqa1-də II tura start verilib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, çempionluğu hədəfləyən "Lion" "Dijon"u qəbul edib.

Açılış turundakı matçı təxirə salındığı üçün çempionatda ilk oyununa çıxan "Lion" rəqibi üzərində əzmkar qələbə qazanıb. Qonaqlar erkən qolla hesabı açmalarına peşman olublar. Memfis Depayın het-trikə imza atdığı qarşılaşmada Rudi Qarsiyanın yetirmələri böyükhesablı qalibiyyətə sevinib.

Qeyd edək ki, turun digər oyunları avqustun 29-30-da keçiriləcək. Yalnız "Lans" - PSJ görüşü sentyabrın 10-na təxirə salınıb.

Fransa Liqa1-i
II tur
28 avqust
"Lion" - "Dijon" - 4:1

Depay, 39 (pen.), 45+1, 65 (pen.); Lautoa, 45 (avtoqol) - Şeydler, 14


Etiketlər:  Lion darmadağınla Depay triklə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ