Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa klubundan ən bahalı transfer

Premyer Liqa klubundan ən bahalı transfer

Tarix: 29 Avqust 2020 15:04

İngiltərənin "Lids" klubu "Valensiya"nın hücumçusu Rodriqonu heyətinə qatıb.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Premyer Liqanın debütantı bu transferi rəsmi saytı vasitəsilə bəyan edib.

29 yaşlı forvard yeni komandası ilə 4 illik müqavilə imzalayıb. O, "Lids" tarixinin ən bahalı transferi olub. İngilislər bu keçid müqabilində "yarasalar"a 30 milyon avro ödəyib. Oyunçunun çıxışına əsasən "Valensiya" daha 10 milyon avro bonus əldə edə bilər.

Qeyd edək ki, Marselo Byelsanın çalışdırdığı "Lids" 16 ildən sonra Premyer Liqaya qayıdıb.


Etiketlər:  Premyer Liqa klubundan bahalı transfer


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ