Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Amazon"un rəhbəri Ceff Bezos dünya tarixində sərvəti 200 mlrd. dolları keçən ilk insan oldu

Tarix: 29 Avqust 2020 23:16

ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezos dünya tarixində sərvəti 200 mlrd. dolları keçən ilk milyarder oldu.

Milli.Az techland.az-a istinadən bildirir ki, Amazon saytını öz evinin qarajında ​​quran Ceff Bezos elektron ticarətə ilk dəfə kitab sataraq başlamışdı.

Bezos daha sonra Amazonda satışa təqdim edilən məhsulların siyahısını genişləndirməyə qərar verdi və disklərdən videolara qədər bir çox məhsul 1998-ci ildə istifadəçilərə təqdim edildi. Uğurlarına davam edən Amazon müqavilələrlə geyim, elektronika, oyuncaq və daha bir çox sektorun məhsullarını saytına daxil etdi. Elektron ticarət saytlarının gedərək azalıb iflas etdiyi dövrdə, Amazon ayaqda qalmağı bacardı və 1995-ci ildə 510 min dollarlıq gəlirini 2011-ci ildə 17 milyard dollara qədər qaldırdı.

Milli.Az


Etiketlər:  Amazonun rəhbəri Ceff Bezos dünya tarixində sərvəti 200 mlrd dolları keçən ilk insan oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ