Tarix: 30 Avqust 2020 13:22
“Bavariya”nın idarə sədri Karl-Hayns Rummenigge futbolçuları Tiaqo Alkantaranın komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 29 yaşlı yarımmüdafiəçi üçün transfer təklifi gözlədiklərini deyib:
“Tiaqo deyəsən, “Bavariya”dan getmək istəyir. Qarşıdakı günlərdə onun üçün təklif gözləyirik. Hər şey belə davam edərsə, bu, ağrılı olacaq”.
Qeyd edək ki, Münhen təmsilçisi ilə 2021-ci ilin yayınadək müqaviləsi olan T.Alkantaranı “Liverpul” da heyətinə qatmaq istəyir.
Xatırladaq ki. T.Alkantara 2013-cü ildən “Bavariya”da oynayır. O, ötən mövsüm 24 matça çıxaraq 3 qol vurub.