Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Keşlə'' üzərində qələbə xüsusi idi'' - ''Laçi''nin baş məşqçisi

''Keşlə'' üzərində qələbə xüsusi idi'' - ''Laçi''nin baş məşqçisi

Tarix: 31 Avqust 2020 10:38

"Təsnifat mərhələsini adlamaq yaxşı haldır, lakin "Keşlə" ilə oyun daha xüsusu idi. Çünki 50-60 dəqiqə azlıqda mübarizə apardığımız üçün seçim imkanımız çətinləşdi.Bəzən gücümüz tükəndi, şansın bitdiyini düşündük. Matçda penaltilər seriyası oldu. Bu qələbə xüsusi idi".

Qol.az "Panorama Sport" nəşrinə istinadən xəbər verir ki, bu sözlıri Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Keşlə"yə qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, sözgedən görüşdə futbolçularına inandığını bildirib: "Möhkəm, kompakt komandayıq. Bunu çempionatda göstərmişik. Futbolçulara qol buraxmadan oyunu 91-ci dəqiqəyə qədər gətirmələri üçün cəsarətləndirdim. Standart vəziyyətlərdə ehtiyatlı olmağı söylədim. Sonra isə onlarla ünsiyyət qurmaq üçün fürsətimiz oldu. Tapşırdım ki, parçalanmamalısınız və standart zərbələr zamanı möhkəm olmalısınız. Onlara "Qəhraman olmaq üçün həmin gecə gəldi" söylədim".

Qeyd edək ki, "Laçi"  "Keşlə"ni penaltilər seriyasında üstələyib - 5:4 (əsas və əlavə vaxt - 0:0).

 


Etiketlər:  Keşlə üzərində qələbə xüsusi Laçinin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ