Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 12:36
"Barselona" kapitanı Lionel Messi mövsümöncəsi təlim-məşq toplanışına qatılmayacağı təqdirdə, ona intizam tədbirləri tətbiq edəcək.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Tankredi Palmeri özünün "Tvitter" hesabında yazıb. O, Kataloniya klubunun rəhbərliyinin argentinalı hücumçunun komandadan uzaq olduğu hər gün üçün maaşının kəsilməsinə qərar verdiyini yazıb. Jurnalist 33 yaşlı oyunçunun bir günə 110 min avro qazandığını xatırladıb.
Qeyd edək ki, Messi dünən koronavirus testi və tibbi müayinədən keçmək üçün klubun bazasına getməyib. Komandadan ayrılmaq istəyən Lionelin məşqlərə də qatılmağı planlaşdırmadığı bildirilir.