Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 19:26
"Neftçi"nin prezidenti Kamran Quliyev Avropa Liqasının 2-ci təsnifat mərhələsinin mərhələsinin püşkünün nəticəsinə əsasən, "Qalatasaray"a rəqib olmalarına münasibət bildirib.
Qol.az xəbər verir ki, Türkiyənin "Bein Sports" telekanalına danışan klub rəhbəri iki qardaş ölkənin ən böyük komandalarının qarşı-qarşı gələcəklərini söyləyib: " Çox sevindik. Dünyada yayılan koronavirus səbəbindən bu qarşılaşma azarkeşsiz keçiriləcək . Azarkeşlər olmayacağı üçün təəssüflənirik. Mükəmməl bir matç olacaq. İnanıram ki, bu görüş tarixə düşəcək. Hər iki komandanın oyundan əvvəl şansı 50-50-yədir. "Qalatasaray"ı evimizdə qəbul edəcəyik. Onların gücünə və tarixinə hörmət edirik, amma biz də 83 illik klubuq. Bu qarşılaşmadan gözləntilərimiz böyükdür. Turu keçmək istəyirik".
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.