Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2020 19:54
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü canlı izləyib.
Qol.az xəbər verir ki, "Neftçi"yə rəqib olan İstanbul klubunun çalışdırıcısının püşkün nəticəsinə reaksiyası belə olub: “Neftçi” ilə rəqib olduq? Yaxşıdır. Heç olmasa həmyerlilərimizi, can qardaşlarımızı tapdıq”.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.