Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tovuzda 9M33 raketinin hissəsi aşkarlanıb (FOTO)

Tovuzda 9M33 raketinin hissəsi aşkarlanıb (FOTO)

Tarix: 1 Sentyabr 2020 04:00

Bakı. Trend:

2020-ci il 31 Avqust tarixində saat 18:01-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Xatınlı kəndi ərazisində top mərmisinə bənzər əşyanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Trend-ə verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 9M33 raketinin hava təzyiq akkumulyatoru aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketinin hissəsinin ətrafında 600 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Tovuzda 9M33 raketinin hissəsi aşkarlanıb (FOTO) - Gallery Image Tovuzda 9M33 raketinin hissəsi aşkarlanıb (FOTO) - Gallery Image Tovuzda 9M33 raketinin hissəsi aşkarlanıb (FOTO) - Gallery Image Tovuzda 9M33 raketinin hissəsi aşkarlanıb (FOTO) - Gallery Image


Etiketlər:  Tovuzda 9M33 raketinin hissəsi aşkarlanıb FOTO


RƏYLƏR