Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“E Ink Digital Paper” planşeti qələmli idarəetməni dəstəkləyir

“E Ink Digital Paper” planşeti qələmli idarəetməni dəstəkləyir

Tarix: 1 Sentyabr 2020 07:32

"E Ink Holdings" şirkəti sənaye sinifli kompüter məhsulları tədarükçüsü "Avalue" ilə tərəfdaşlıqda elektron kağız üzərində hazırlanmış "Digital Paper" planşetini nümayiş etdirib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, qurğunun texniki xüsusiyyəti barədə ətraflı məlumat verilməsə də, onun qələmli idarəetməni dəstəkləyən monoxrom ekranla təchiz edilməsi məlumdur: istifadəçilər eskizlər çəkə, əllə yazılmış qeydlər və s. edə biləcəklər.
 
Məlumata görə, qurğu simsiz rabitəni dəstəkləyir. Akkumulyator batareyası bir dəfə enerji toplamaqla üç həftəyədək işi təmin edəcək. Planşet qalınlıq və çəkisinə görə 30 vərəqdən ibarət kağız qalağına uyğundur.
 
"E Ink Digital Paper" ilk növbədə məktəbli və müxtəlif müəssisələrin əməkdaşları üçün nəzərdə tutulub. Yeni qurğu gündəlik istifadəyə hesablanmış dözümlü korpusda hazırlanıb.
 
Qeyd olunur ki, qurğunun funksionallıq və istifadəçi interfeysi konkret ehtiyaclar - mühəndislik, riyazi, elmi proqramlar və s. üçün uyğunlaşdırıla bilər.  
 
"E Ink Digital Paper" planşetinin qiyməti və satışa çıxarılma tarixi barədə məlumat verilmir.


Etiketlər:  Digital Paper planşeti qələmli idarəetməni dəstəkləyir


RƏYLƏR