Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elon Musk büdcəli Tesla elektromobili istehsal etməyi planlaşdırır

Elon Musk büdcəli Tesla elektromobili istehsal etməyi planlaşdırır

Tarix: 1 Sentyabr 2020 21:40

Model 3 hal hazırda Tesla şirkətinin ən ucuz elektromobil modelidir. Belə ki, 350 km yol qətt etməyi və 5.6 saniyə ərzində 100 km sürət yığmağı bacaran Model 3-ün standart versiyası 35.000$-a satılır. Elon Musk-ın fikrincə Tesla-nın elektromobillərinin yüksək qiymət göstəriciləri şirkətin inkişafını ləngidir. Buna görə də o bildirib ki, daha büdcəli elektromobil istehsal etmək niyyətindədir. Bu barədə Slashgear saytı xəbər verib. İnvestorlar və analitiklər ilə görüş çərçivəsində Musk qeyd edib ki, Tesla elektromobilləri yetəri səviyyədə əlçatan deyil.

Onun fikrincə bu öz növbəsində şirkətin inkişafını ləngidir və müxtəlif qiymət kateqoriyalarındakı mövqelərini bərkitməyə imkan vermir. "Biz, avtomobilləri əlçatan etməsək, öz missiyamızda uğura imza ata bilməyəcəyik. Məni ən çox narahat edən odur ki, bizim avtomobillərimiz yetəri qədər əlçatan deyil. Biz bu məsələni düzəltməliyik" - deyə Musk qeyd edib. Musk əmindir ki, onlar Model 3-dən daha ucuz qiymətə satılacaq elektromobil istehsal etmək potensialına sahibdirlər.


Etiketlər:  Elon Musk büdcəli Tesla elektromobili istehsal etməyi planlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ