Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 11:02
"Yuventus"un futbolçusu Qonzalo İquain Turin klubundan ayrılmağa yaxındır.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə argentinalı hücumçunun agenti və qardaşı olan Nikolas məlumat verib: "İquain "Yuventus"dan ayrılacaq. Hazırda müqavilənin ləğvi ilə bağlı danışıqlar aparırıq. O, daha A seriyasında oynamayacaq"..
Qeyd edək ki, İquainin MLS təmsilçisi "İnter Mayami" ilə danışıqlar apardığı bildirilir.