Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 11:03
Bakı. İlhamə İsabalayeva - Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə Ölkə Ofisi yerli və beynəlxalq tərəfdaşlarla birlikdə COVID-19-la mübarizə tədbirlərinə cəlb edilən tibb işçiləri üçün təlimlərə start verir.
ÜST-nin Azərbaycan üzrə Ölkə Ofisindən Trend-ə verilən məlumata görə, təlimlər 2-15 sentyabr tarixləri arasında yerli həkim-mütəxəssislər tərəfindən keçiriləcək.
İlk təlimin mövzusu yeni koronavirus infeksiyası ilə mübarizədə ilkin hazırlıqdır. Təlimlərin hədəf qrupu modul tipli xəstəxanalarda işləməsi nəzərdə tutulmuş həkimlərdir.