Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2020 16:00
Bakı. Samir Əli -Trend:
Sabirabad rayonunda qadın doğuşdan sonra dünyasını dəyişib.
Trend-in məlumatına görə, hadisə Sabirabad rayon Regional Perinatal Mərkəzdə baş verib.
Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü qadın avqustun 31-də Mərkəzdə oğlan uşağı dünyaya gətirdikdən sonra vəziyyəti pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, qadın həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.