Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Terim köməkçilərinə "Neftçi"ni təhlil etməyi tapşırdı

Terim köməkçilərinə

Tarix: 3 Sentyabr 2020 09:50

Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Qalatasaray" bu matç üçün hazırlığa başlayıb.

Qol.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terim sözügedən görüşdə hər hansı bir sürpriz nəticənin olmaması üçün  köməkçilərinə Bakı təmsilçisini təhlil etməyi tapşırıb. Təhlil yekunlaşdıqdan sonra buna əsasən məşqlərə start veriləcək.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena”da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da start götürəcək.

 


Etiketlər:  Terim köməkçilərinə Neftçini təhlil etməyi tapşırdı


RƏYLƏR