Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2020 15:10
"Mançester Siti" sahibi olan "City Football Group" (CFG) şirkəti növbəti klub alıb.
Qol.az şirkətin saytına istinadən xəbər verir ki, Fransa ikinci liqasında çıxış edən "Troyes"in səhmlərinin sahibi olub. Bununla da şirkət 10-cu klub alıb.
Qeyd edək ki, CFG "Mançester Siti", "Troyes"lə yanaşı, "Lommel" (Belçika), "Nyu-York Siti" (ABŞ), "Melburn Siti" (Avstraliya), "İokoqama F. Marinos" (Yaponiya), "Torke" (Uruqvay), "Jirona" (İspaniya), "Siçuan Szyunyu" (Çin) və "Mumbai Siti"nin" (Hindistan) sahibidir.