Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Traktor'' İran kubokunu qazandı

''Traktor'' İran kubokunu qazandı

Tarix: 3 Sentyabr 2020 21:28

Təbrizin "Traktor" klubu İran kubokunun sahibi olub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi paytaxt Tehrandakı "Azadi" stadionunda keçirilən final matçında "İstiqlal"la qarşılaşıb. Təbrizlilər Tehran klubuna 3:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.

Qeyd edək ki, "al qurdlar" tarixində ikinci dəfədir ölkə kubokunu qazanır. İlk dəfə 2014-cü ildə bu uğura imza atan "Traktor" 1976 və 1994-cü ildə finalçı olub.

Əlavə edək ki, "Traktor" kuboku qazanmaqla Asiya Çempionlar Liqasının birbaşa qrup mərhələsindən mübarizəyə başlayacaq.


Etiketlər:  Traktor İran kubokunu qazandı


RƏYLƏR