Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan universitetlərinə tələbə qəbulunun nəticəsi açıqlandı

Qazaxıstan universitetlərinə tələbə qəbulunun nəticəsi açıqlandı

Tarix: 4 Sentyabr 2020 11:03

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan və Qazaxıstanın təhsil nazirlikləri arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 3 nəfər azərbaycanlı 2020-2021-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan Respublikası tərəfindən verilən yekun qərar nəticəsində Azərbaycan vətəndaşları “Abai Kazakh National Pedagogical University”, “L.N. Gumilyov Eurasian National University” və “Al-Farabi Kazakh National University” ali təhsil müəssisələrində pedaqogika, dizayn, maliyyə ixtisas istiqamətləri üzrə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 4 mart tarixində verilmişdi.


Etiketlər:  Qazaxıstan universitetlərinə tələbə qəbulunun nəticəsi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ