Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 11:52
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 məzunu I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarından maksimum nəticə əldə edib.
İdarədən Sonxeber.net-a verilən məlumata görə, 20-21 avqust tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 114 nömrəli tam orta məktəbin məzunu Əliyev Həsənbala Fuad oğlu, 166 nömrəli məktəb-liseyin məzunu Bürcəliyev Səbuhi Məlikəjdər oğlu, 229 nömrəli tam orta məktəbin məzunu Ağakişiyev Məhəmməd Rəsul oğlu, 284 nömrəli tam orta məktəbin məzunu Nəbiyev Oktay Sübhi oğlu və 311 nömrəli tam orta məktəbin məzunu Hüseynov Səbuhi Ramiq oğlu 400 bal toplayıblar. Qeyd edək ki, bu mərhələdə toplanıla biləcək maksimal bal 400 baldır.
Ali məktəblərə qəbul imtahanlarının bu mərhələsində maksimum nəticə göstərmiş abituriyentlərlə bərabər, onlardan elə də geri qalmayan minlərlə digər abituriyent də yüksək nəticə əldə edib.