Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2020 13:52
Bakı. Trend:
Ötən gün Nyu-York Fond birjasında keçirilmiş alqı-satqı nəticəsində “Apple” şirkətinin səhmləri 8 faiz ucuzlaşıb.
Trend-in məlumatına görə, bu, şirkətin kapitallaşmasının rekord həddə azalmasına səbəb olub.
Belə ki, “Apple” bir gün ərzində 180 milyard dollar dəyər itirib və bu, dünya tarixində rekord hesab olunub.
Bununla belə, şirkətin kapitallaşması 2 trilyon dollar həddindən yüksəkdə qalmaqdadır. Şirkət bu göstəriciyə avqustun 19-da çatıb.
Qeyd edək ki, “Apple” şirkətinin gələn ay 4 yeni smartfon təqdim etməsi gözlənilir.