Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il 36 nəfər dərmandan zəhərlənib, 9-u uşaq olub

Bu il 36 nəfər dərmandan zəhərlənib, 9-u uşaq olub

Tarix: 4 Sentyabr 2020 14:06

Bu ilin əvvəlindən indiyədək 36 nəfər dərmandan zəhərlənmə şikayəti ilə xəstəxanaya müraciət edib.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, dərmandan zəhərlənənlərin 9-u uşaq olub. Dərmandan zəhərlənənlər arasında ölüm halları baş verməyib.

A.Maqsudov hesab edir ki, dərmandan zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:

"Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul etdiyini söyləyirlər".

A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən, antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.


Etiketlər:  nəfər dərmandan zəhərlənib uşaq olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ