Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Balotelli "İnstaqram"da Azərbaycan mahnısı paylaşdı

Balotelli

Tarix: 27 Iyun 2019 17:48

İtaliya millisinin hücumçusu Mario Balotelli "İnstaqram" hesabında maraqlı paylaşım edib.

Qol.az xəbər verir ki, 28 yaşlı hücumçu sözləri və musiqisi Əsgər Osmanova aid olan və Alicanın ifa etdiyi "Yandım, ay aman" mahnısını "düşüncələr..." başlığı ilə sosial şəbəkə hesabına (https://www.instagram.com/p/BzAy7EvIa6I/) yerləşdirib. Futbolçunun bu addımından sonra bir çox azərbaycanlı istifadəçi ona öz təşəkkürünü bildirib, bəziləri isə onu Azərbaycana dəvət edib. Şərhlər arasında "Come to "Sabail" yazanlar da var.

Qeyd edək ki, mövsümün sonunda "Marsel"dən ayrılan Balotelli hələ də klubsuzdur. Onun "İnstaqram"da 8,8 milyon izləyicisi var.

 


Etiketlər:  Balotelli İnstaqramda Azərbaycan mahnısı paylaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ