Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlahiyyat İnstitutunun tələbələrinə pulsuz yemək və geyim veriləcək

İlahiyyat İnstitutunun tələbələrinə pulsuz yemək və geyim veriləcək

Tarix: 4 Sentyabr 2020 16:26

Nazirlər Kabineti Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarını təsdiq edib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu normalara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində müəyyən edilib.

Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Bu vəsait Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.


Etiketlər:  İlahiyyat İnstitutunun tələbələrinə pulsuz yemək geyim veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ