Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqları azaldıldı

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqları azaldıldı

Tarix: 4 Sentyabr 2020 16:28

Bakı. Trend:

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadəyə görə istifadə haqları azaldılıb.

Trend-in məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqqının məbləği”ndə dəyişikliklər edilib.

Dəyişikliklə yüklülük bildirişinin reyestrə daxil edilməsi üçün haqq 10 manatdan 2 manata, yüklülüyə dəyişiklik bildirişinin reyestrə daxil edilməsi və axtarışın nəticələrinə dair kağız daşıyıcıda təsdiqlənmiş hesabatın verilməsi üçün haqlar 6 manatdan 1 manata endirilib.


Etiketlər:  Daşınar əmlakın yüklülüyünün dövlət reyestrindən istifadə haqları azaldıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ