Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə istehsal olunan elektrobuslar Türkiyə və Orta Asiya bazarlarına çıxarıla bilər

Gəncədə istehsal olunan elektrobuslar Türkiyə və Orta Asiya bazarlarına çıxarıla bilər

Tarix: 4 Sentyabr 2020 18:20

Gəncə avtomobil zavodunda istehsal olunan "E-321" markalı elektobuslar yerli bazarı təmin etdikdən sonra Türkiyə, Gürcüstan və Orta Asiya ölklərinin bazarına da çıxarıla bilər.

Sonxeber.net xəər verir ki, bu barədə Trend-ə Gəncə avtomobil zavodunun mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildiriblər. Onun szölərinə görə, hazırda sınaq üçün sözügedən elektrobuslardan 3 dənəsi artıq hazırdı:

"Orta hesabla zavodun aylıq istehsal gücü 10-15 avtobusadur. Hazırda kütləvi istehsal olmayıb, yalnız 3 ədəd nümunə üçün elektrobuslar hazırlanıb. Gələcəkdə elektrobuslara təlabat çox olarsa, Gəncə avtomobil zavodu növbəli şəkildə işləməklə daha çox avtobus istehsal etmək gücündüdədir".

O, əlavə edib ki, Azərbaycanın bütün şəhər və rayonlarında istifadə oluna biləcək bu elektrobuslar sifarişə uyğun olaraq lazımi qabaritlərdə və lazımı avadanlıqlarla təchiz edilmək şərtilə yığılır. Eyni zamanda Gəncə avtomobil zavodu bütün keçirilən tenderlərdə iştirak edir və öz təkliflərini Bakı Nəqliyyat Agentliyinə və o cümlədən Gəncə nəqliyyatına gönədrir:

"Günü gündən gözəlləşən, müasirləşən şəhərlərimiz üçün bu elektrobuslar şox yaxşı bir töhfə ola bilər. Azərbaycanın şəhər və rayonlarına elektrobusların uyğunlaşması məsələsinə gəlincə, istər Bakı, Abşeron, istərsə də Gəncə, Sumqayıtda, o cümlədən də digər şəhər və rayonlarda elektrobusların fəaliyyəti və effektiv çalışması üçün bütün lazımı şərait var. Bu yaxınlarda dövlət başçısının göstərişi ilə ölkəmizdə birinci "Yaşıl şəhər" layihəsi Gəncə şəhərində həyata keçiriləcək. Ümid edirik ki, Gəncə avtomobil zavodunun yığdığı elektorbuslar bu layihənin bir hissəsi ola biləcək".


Etiketlər:  Gəncədə istehsal olunan elektrobuslar Türkiyə Orta Asiya bazarlarına çıxarıla bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ