Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tarif Şurası: Avtobuslarda sərnişindaşıma xidməti üzrə tarif tənzimlənməsinin aparılması müzakirə olunmur

Tarif Şurası: Avtobuslarda sərnişindaşıma xidməti üzrə tarif tənzimlənməsinin aparılması müzakirə olunmur

Tarix: 4 Sentyabr 2020 18:28

Bakı. Trend:

Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib. Hazırda Tarif (qiymət) Şurasında bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli Qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.


Etiketlər:  Tarif Şurası Avtobuslarda sərnişindaşıma xidməti üzrə tarif tənzimlənməsinin aparılması müzakirə olunmur


RƏYLƏR